RƏSMİ

15 Mart

Azərbaycan yeni silahlar alıb - RƏSMİ

“2021-ci ildə Azərbaycan yeni silahlar, yeni hərbi texnikalar alıb və ordunun gücü daha da artıb”.

Bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il fəaliyyəti haqqında hesabatı barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycanda komando hərbi birliklərinin yaradılması da ordunun gücünün artması istiqamətində böyük addımdır.