RƏSMİ

09 Mart

Bu şəxslərin maaşına əlavənin müddəti uzadıldı

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edilib.

“Fins.az” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, sözügedən şəxslərə əlavənin ödənilməsi müddəti martın 1-dək uzadılıb.

Bundan əvvəlki qərarda bu müddət yanvarın 1-dək müəyyənləşdirilmişdi