RƏSMİ

23 Fevral

İlham Əliyev: “Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 3 milyardı ötüb”

Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var. Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 3 milyard dolları ötüb”.

“Fins.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlət başçısı bildirib ki, dünya birliyi regionumuzda yaranmış yeni reallığı qəbul edib: “Azərbaycan kimi, Ermənistanın da 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirəcəyinə ümid edirik”.