RƏSMİ

10 Sentyabr

Azərbaycan Prezidenti Əziz Səncəri təltif edib - SƏRƏNCAM

Prezident İlham Əliyev Əziz Səncərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Fins.az-ın xəbərinə görə, Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə təltif edilib.Türk həkim, molekulyar bioloq Əziz Səncər 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb. O, mükafatı amerikalı Pol Modriç və isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə qazanıb.