RƏSMİ

24 Avqust

İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisini və Belçikanın səfrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.

Finsşaz xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.