Fins.az xəbər verir ki, Hesablama Palatasının 2021-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatı açıqlayıb.
Bildirilib ki, son illərdə müxtəlif sahələrdə rəqəmsallaşma meyillərinin yüksəlməsi müxtəlif növ proqram təminatı və onlara xidmət edilməsi ilə bağlı xərclərin əhəmiyyətli artımını şərtləndirmişdir. Hesablama Palatasının həyata keçirdiyi auditlərlə bu sahədə bir sıra nöqsanlar, o cümlədən proqram təminatının hazırlanması zamanı texniki tapşırıq üzrə tələblərin düzgün müəyyən edilməməsi, müqavilə üzrə proqram təminatında göstərilmiş işlərin tam yerinə yetirilməməsi, müqavilə qiymətini müəyyən edən əsasların zəif olması halları müəyyən edilmişdir.