Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 11 755 milyon manat, xərcləri isə 11 590,5 milyon manat təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 % və 1,2 % azdır.
Son nəticədə büdcədə 164,5 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-may aylarının yekununda büdcə qalığı 368,9 milyon manat olmuşdu.