RƏSMİ

14 İyul

Müddətli hərbi xidmətdə olan şəxslərin övladlarına müavinət ödəniləcək

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək.

Bu, Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik edilməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan şəxsin hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək.