RƏSMİ

13 İyul

Sosial müəssisələrin standartları dəyişib

Sosial müəssisələrin standartları dəyişib.

Nazir Kabineti bununla bağlı “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nda dəyişiklik edib. Qüvvədə olan qərara əsasən, hazırda sosial müəssisələrin işçilərin orta illik sayının azı 80 faizini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər - əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər təşkil edirlər.

Dəyişikliyə əsasən, bu sıraya şəhid ailəsinin üzvləri daxil edilib.