RƏSMİ

09 İyun

Büdcə gəlirlərinə təsir göstərmiş makroiqtisadi göstəricilər müəyyən edilib

2020-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində iqtisadi fəallığın tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədar əlverişli olmayan makroiqtisadi şəraitdə reallaşdırılıb.

Fins.az məlumatına görə, bu barədə Hesablama Palatasınını 2020-ci il dövlət büdcəsinin icrası barədə rəyində deyilir.

Qeyd olunur ki, ötən il dövlət büdcəsinin gəlirlərinə təsir göstərmiş makroqtisadi göstəricilər ümumi daxili məhsulun 4,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 2,6 faiz, neft sektoru üzrə 7 faiz, əsas kapitala yönəlmiş vəsaitlərin 8,3 faiz azalması, eləcə də 2,8 faiz səviyyəsində istehlak qiymətləri indeksi olub.

Eyni zamanda Azərbaycanın ixracı 30,6 faiz, idxalı isə 21,5 faiz azalıb.