RƏSMİ

14 Yanvar

Gömrük orqanlarının vəzifəli şəxslərinin döş nişanından istifadə qaydası müəyyənləşib

Bakı, 14 yanvar Fins.az

Gömrük orqanlarının vəzifəli şəxslərinin döş nişanından istifadəsinə dair qayda müəyyənləşib. 

Bu, Dövlət Gömrük Komitəsi Kollegiyasının “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb. 

Beləliklə, döş nişanı yalnız gündəlik və səhra geyim forması üçün nəzərdə tutulub, istiləşdirilmiş və ya demisezon gödəkcənin, kitelin və köynəyin sol tərəfdəki döş cibinin düyməsinə bərkidilməlidir.

Qərar 13 yanvar 2021-ci ildən qüvvəyə minib.