RƏSMİ

11 Yanvar

Deputatların istirahəti bitdi – Yanvarın 15-dən toplanırlar

Bakı, 11 yanvar Fins.az

Yanvarın 15-dən etibarən Milli Məclisin komitələri öz işinə başlayacaq.

Parlamentin komitələrinin yaz sessiyasına hazırlıq üçün iclasları keçiriləcək, gündəlikdə duran məsələlər müzakirə olunacaq.

Bununla belə iclasların qrafiki və gündəliyi hələ müəyyən edilməyib.

Bildirək ki, bu gün Milli Məclisin deputatlarının tətili başa çatıb.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.