RƏSMİ

24 Dekabr

DSMF gələn il əhaliyə 5 mlrd. manatdan çox ödəniş edəcək

Bakı 24 dekabr Fins.az

2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə 5 004,79 mln. manat ödəniş edəcəyi proqnozlaşdırılır. Bu, Fondun xərclərinin 97,3%-ni təşkil edir.

Bu barədə "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə bildirilir.

Qeyd edilir ki, bu göstərici 2019-cu ilin icra göstəricisindən 1 161,65 mln. manat və ya 30,2%, 2020-ci ilin proqnoz göstəricisindən isə 360,03 mln. manat və ya 7,8% çoxdur.