RƏSMİ

23 Dekabr

Baş nazir vaksinləmə ilə bağlı səhiyyə müəssisələrinə tapşırıqlar verib

Bakı 23 dekabr Fins.az

Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaq.

Bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclasında baş nazir Əli Əsədov deyib.

Baş nazir səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verib.