RƏSMİ

07 Dekabr

Hesablama Palatasına yeni sədr seçiləcək

Bakı, 7 dekabr Fins.az

Milli Məclisin dekabrın 11-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib. 

Fins.az xəbər verir ki, iclasda Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirə olunacaq. 

Həmçinin Mülki Məcəllədə, “Əmanətlərin tam sığortalanması haqqında", “Əmanətlərin sığortalanması haqqında” Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında,  “Təhsil haqqında” , “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında”, Gömrük Məcəlləsində, Vergi Məcəlləsində “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, " Milli Məclisinin komitələri haqqında”  qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.