RƏSMİ

26 Noyabr

Xocavənd rayonunun Tsakuri kəndi Hünərli kəndi adlandırılıb

Bakı, 26 noyabr Fins.az

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.