RƏSMİ

16 Oktyabr

Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib - ƏMR

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Fins.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, K. Əliyev Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

K. Əliyev  açıqlamasında faktı təsdiqləyib.