RƏSMİ

06 Oktyabr

Rusiya və İran XİN başçıları Qarabağda gərginlikdən narahatdırlar

Rusiya və İran XİN başçıları Sergey Lavrov və Cavad Zərif Dağlıq Qarabağ münaqişəsinə Suriya və Liviyadan döyüşçülərin cəlb olunmasından narahatlıq ifadə ediblər. Bu barədə RF XİN-dən məlumat verilir.

Məlumat verilir ki, çərşənbə axşamı Lavrov və Zərif arasında telefon danışığı baş tutub.

“Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliklə əlaqədar Moskva və Tehranın narahatlığı ifadə olunub. Suriya və Liviyadan qanunsuz silahlı birləşmələrdən olan radikal döyüşçülərin cəlb olunmasğının təhlükəsi vurğulanıb. Diplomatik həllin alternativi olmadığı vurğulanıb, bunun da başlanğıcı ilkin şərtsiz atəşkəs olmalıdır”, - məlumatda qeyd olunur

(c)İnterfaks Azərbaycan