Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydasının məqsədi mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı razılıq əsasında həlli sahəsində peşəkar mediatorların hazırlanmasını təmin etməkdir.
Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında” və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında edilən müvafiq dəyişiklikdə əksini tapıb.
İndiyə qədər bu qaydanın məqsədi iqtisadi mübahisələri qarşılıqlı razılıq əsasında həlli sahəsində peşəkar mediatorların hazırlanmasını təmin etmək idi.