Diplomatların xaricdə işlədikləri müddətdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ödənişi olmadan Azərbaycana gətirməsinə dair tələblər dəyişib.
Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
21 avqust 2020-ci il tarixli qərar 22 avqust 2020-ci il tarixdə dərc edilib və dərc edildiyi gündən 30 gün sonra – bu gün sentyabrın 22-dən qüvvəyə minib.