RƏSMİ

22 Sentyabr

Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarda dəyişiklik edib. 

Fins.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Xarici İşlər naziri

Kollegiyanın üzvləri: 

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri

“ADA” Universitetinin rektoru

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi.