“Elektron kənd təsərrüfatı” informasiya sistemindən (EKTİS) istifadəyə dair yerli özünüidarəetmə orqanının hüquqları müəyyənləşib.
Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, yerli özünüidarəetmə orqanı EKTİS-də aşağıdakı istifadə imkanlarına malikdirlər:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etmək.