RƏSMİ

17 Sentyabr

Daha iki MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strukturuna əlavə edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Fins.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Cəmiyyətin strukturunun optimallaşdırılması məqsədi ilə yeni yaradılmış törəmə hüquqi şəxslər “ASCO Nəqliyyat” MMC və “ASCO Mühafizə” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturuna əlavə edilib. Həmçinin Cəmiyyət üzrə faktiki fəaliyyət göstərən “ACSC logistics” MMC-nin adı dəyişdirilərək “ASCO Logistics” MMC adlandırılıb.