RƏSMİ

03 Sentyabr

Dövlət büdcəsinin proqnozlaşdırılan xərcləri AÇIQLANIB 

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb

Məlumata görə,xərclərin 18 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Müəllif:Aynur Qəniyeva