İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən satınalan təşkilatlardan daxil olan sənədlərin təhlili zamanı aşkar olunan uyğunsuzluqlar nəticəsində satınalmaların yekun protokollarının yenidən tərtib olunması və ya ümumiyyətlə satınalmaların nəticələrinin ləğv edilməsi zərurəti yaranır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalamaları şöbəsinin müdiri Əhməd Həsənov bildirib ki, belə hallar vaxt itkisinə, gecikmələrə gətirib çıxarır və ölkə iqtisadiyyatı üçün zəruri olan investisiya layihələrinin vaxtında reallaşdırılması müddəti gecikmiş olur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti satınalan təşkilatların nəzərinə çatdırır ki, dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsi, habelə keçirilmiş satınalmaların nəticələrinə dair yekun protokolların tərtibi prosesində bir sıra məsələlərə xüsusi diqqət yetirilmədir.