2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılıb.
Fins.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilmiş “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda əksini tapıb.
Qanuna əsasən, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilib.
İndiyə qədər DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilib.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.