İnsan alverinin qurbanına çevrilmə riski olan sahələrdə muzdlu işlərə cəlb edilmə üzrə vasitəçilik fəaliyyəti göstərən şəxslərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlanacaq.
Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-2021-ci illər ərzində insan alverinin qurbanına çevrilmə riski olan sahələrdə muzdlu işlərə cəlb edilmə üzrə vasitəçilik fəaliyyəti göstərən şəxslərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlanmasını təmin etməlidir.
Nazirlər Kabineti və Dövlət Miqrasiya Xidməti isə 2020─2021-ci illər ərzində xidmət sektorunda işləyən miqrantlarla bağlı ölkədaxili vəziyyətin təhlili və onların insan alverinin qurbanına çevrilməsi risklərinin qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlamaq tapşırılıb.