İnsan alverinə qarşı mübarizədə iştirak edən dövlət qurumlarının, qeyri-dövlət qurumlarının, habelə beynəlxalq təşkilatların insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslər barədə zəruri məlumatların araşdırılması mexanizmi təkmilləşdiriləcək.
Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Nazirlər Kabineti 2020-2022-ci illər ərzində insan alverinə qarşı mübarizədə iştirak edən dövlət qurumlarının, qeyri-dövlət qurumlarının, habelə beynəlxalq təşkilatların insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslər barədə zəruri (cinayət, statistik və digər xarakterli) məlumatların insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim olunması, vahid mərkəzdə toplanması, habelə həmin məlumatların araşdırılması mexanizminin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayacaq.