Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Fins.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fəxrəddin Əbülfət oğlu Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib.