RƏSMİ

21 May

Peşə təhsili təhsil alan əcnəbilərə müvəqqəti yaşamağa icazə verilməsi üçün rüsumlar müəyyənləşib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Fins.az-ın məlumatına görə, qanuna əsasən, peşə təhsili və ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulacaq.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşaığdakı rüsumlar tutulacaq:

1. On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda: 1 illik – 60 manat; 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 120 manat;

2. İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda : 1 illik – 40 manat; 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 80 manat.