RƏSMİ

20 May

İcra başçısı Assosiasiya sədrliyindən - İSTEFA VERDİ

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əvvəlki vəzifəsindən ayrılıb.

Fins.az xəbər verir ki, N.Bağırov Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədri vəzifəsindən istefa verib.

AzTA-ya Əhməd Qurbanov sədr seçilib.

Qeyd edək ki, N.Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin 5 mart 2020-ci il tarixli sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.