RƏSMİ

14 May

Qusar üçün büdcədən pul ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti "Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Sərəncama əsasən,Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə  2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 652 min manat ayrılıb.