Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib.
Fins.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri
Kollegiyanın üzvləri:
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi.