RƏSMİ

29 Aprel

Milli Məclisin QDİƏT PA-dakı nümayəndə heyətinin yeni tərkibi - SİYAHI

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə rəhbərliyi Eldar Quliyev edəcək.

Nümayəndə heyətinin tərkibinə isə Musa Quliyev, Eldar İbrahimov, Ramin Məmmədov, Elşad Mirbəşir, Jalə Əhmədova daxil edilib.