Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Fins.az xəbər verir ki, Sərəncam ilə, əhalisi 193696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,19 milyon manat ayrılıb.
Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si |
Rayonun, şəhərin adı |
Quyuların sayı, ədəd |
Yaşayış məntəqələrinin adı |
Əhalinin sayı, nəfər |
1. |
Ağdaş |
2 |
Ağzıbir |
1981 |
Şəkili |
1201 |
|||
2. |
Biləsuvar |
2 |
Dərvişli kəndi |
1766 |
3. |
Gəncə |
2 |
Kəpəz rayonu |
178500 |
4. |
Xocavənd |
2 |
Muğanlı kəndi |
1485 |
5. |
Yardımlı |
1 |
Köryədi kəndi |
1813 |
6. |
Şuşa (Ağdam rayonu ərazisi) |
2 |
Mirzələr qış yatağı |
698 |
7. |
Laçın (Ağcabədi rayonu ərazisi) |
2 |
“Qayğı” qəsəbəsi |
453 |
“Mişni” obası |
208 |
|||
8. |
Qobustan |
2 |
Təklə kəndi |
2166 |
Təklə Mirzəbaba kəndi |
2498 |
|||
9. |
Lerik |
1 |
Kələxan kəndi |
483 |
10. |
Naftalan |
1 |
Qasımbəyli kəndi |
444 |
Cəmi |
17 |
13 |
193 696 |