“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Fins.az-ın məlumatına görə, qanun layihəsi ilə bağlı yenidən beynəlxalq və yerli təcrübə nəzərdən keçirilir. Həmçinin bu qanun layihəsinin daha da effektli olması üçün yeni araşdırmalara başlanılıb.
Qeyd edək ki, sözügedən qanun layihəsi Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planına salınıb.
Xatırladaq ki, 2019-cu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdi.
Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması qanun layihəsində öz əksini tapıb. Həmçinin istehlakçıların hüquqlarının qorunması və digər məsələlər qanun layihəsində vurğulanır.