Xaçmaz Rayon Polis Şöbəsənin (RPŞ) iki Polis Bölməsinə (PB) yeni təyinat olub.
Fins.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Vüqar Hacıyev Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin rəisi təyin edilib. O, bundan əvvəl Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi olub.
Polis mayoru Cavanşir Orucov isə Yalama PB-yə rəis təyin olunub.
© APA