RƏSMİ

14 Aprel

İcra başçısı özünə yeni müavin - TƏYİN ETDİ

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Fins.az xəbər verir ki, İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı Tahir Məmmədovun sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.  

© Qafqazinfo