RƏSMİ

10 Aprel

AMEA Naxçıvan bölməsinin sədri vəzifəsi Akademiyanın vitse-prezidentinə bərabər tutulacaq

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədrinin hüquqi statusu müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində edilən dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən, Naxçıvan bölməsinin sədri, vəzifəsinə görə Akademiyanın vitse-prezidentinə bərabər tutulur.

Akademiyanın ümumi yığıncağında seçilmiş Naxçıvan bölməsinin sədrini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin vəzifəyə təsdiq edir.