RƏSMİ

10 Aprel

AMEA Rəyasət Heyətinə fəxri doktor seçmək hüququ verilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin fəxri doktor seçmək hüququ olacaq.

Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində edilən dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əlavə edilən yeni bəndə əsasən, Akademiyanın Rəyasət Heyətinin fəxri doktor seçmək hüququ verilir.