RƏSMİ

04 Aprel

Dövlət Vergi Xidməti birinci rübdə büdcəyə 2 milyard manatdan çox vəsait daxil edib

Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına dair yaydığı açıqlamada bildirilir ki, cari ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 2 milyard manatdan çox vəsait daxil edib.

Məlumatda, həmçinin qeyd edilir ki, 3 ay ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 39,9 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 221,2 milyon manat və ya 12,2 faiz çoxdur. Həmin vəsaitin 68,5 faizi və yaxud 1 milyard 396,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 milyon manat və ya 21,2 faiz çoxdur.