RƏSMİ

30 Mart

Nazirlər Kabineti: Yasamalda yaşayan 8 km bazarına gedə bilməz

Kimsə Yasamalda qalırsa, bazarlıq etmək üçün 8 km bazarına gedə bilməz, çünki bu, qadağandır”.

Fins.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hökumət rəsmisi qeyd edib ki, əvvəlki qadağalarda bəzi insanlar çaşqın qalır: “Onlar qarışdırırdı ki, nələrə icazə verilir, nələrə yox. Amma indiki halda belə çaşqınlıqlar olmayacaq. Məqsəd maksimum təcridi təmin etmək, həyati fəaliyyəti obyektlərin fəaliyyətini təmin etməkdir”.