“Bütün tibb işçiləri ola biləcək problemlərin qarşısının alınması, ölkədə pandemik vəziyyət artdığı zamanı hansı addımların atılması üçün ciddi işlər aparır”.
Fins.az-ın məlumatına görə, bunu MM-in Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
R. Mahmudov bildirib ki, icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiq edilməsində koronavirusla əlaqədar çətinliklər yaranıb: “Ona görə də icbari sığortanın mərhələli tətbiqi ilə bağlı müddətlərə dəyişiklik edilir”.