RƏSMİ

23 Mart

İbrahim Məmmədov: "İnfeksiya əleyhinə ləvazimatların istehsalı gündəmdədir"

"İnfeksiyaya qarşı mübarizədə zəruri olan ləvazimatların ölkədə istehsalı məsələsi gündəlikdədir".

Fins.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu, müəyyən vaxt tələb edən məsələdir və lazımi addımlar atılmaqdadır.