RƏSMİ

12 phrase_var_core.march

Hökumət vətəndaşları səfərə getməməyə çağırdı

Azərbaycan hökuməti ölkə vətəndaşlarını xarici ölkələrə səfər etməməyə çağırıb.

Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

"Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur", - məlumatda vurğulanıb.