Xalq artisti Murad Dadaşov "Xəzər TV" MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, hazırda Murad Dadaşov televiziyanın struktur rəhbərlərinə təqdim edilir.
Xatırladaq ki, bundan əvvəl telekanala Şamxal Həsənli rəhbərlik edirdi.
Qeyd edək ki, bir müddət əvvəl Murad Dadaşov "Xəzər TV MMC"-nin baş direktoru vəzifəsinə təyin ediləcəyi məlumatı yayılmışdı.