RƏSMİ

04 phrase_var_core.march

Ağstafa üçün pul ayrıldı

Prezident İlham Əliyev "Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Ağstafa rayonunun əhalisi 23 334 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 Ağstafa rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

 

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

     

Aşağı Göycəli kəndi

1

2501

     

Dağ Kəsəmən kəndi

1

7476

     

Göycəli kəndi

1

2725

     

Xılxına kəndi

1

1125

     

Kolxəlfəli kəndi

1

1456

     

Qarahəsənli kəndi

1

1622

     

Muğanlı kəndi

1

2948

     

Pirili kəndi

2

1234

     

Tatlı kəndi

1

2247

Cəmi

10

23 334