RƏSMİ

28 Fevral

Yeni binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı elektron qaydada yoxlanıla bilinəcək

Yeni tikilən binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı proseduru elektronlaşdırılacaq.

Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020–2021-ci illərdə  istismarına icazə verilməmiş çoxmənzilli binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı mexanizminin təkmilləşdirilməsi və fəaliyyətinin təmin edilməsi, belə mənzillərə dair hüquqların internet informasiya resursu vasitəsilə real vaxt rejimində yoxlanılması üçün müvafiq şərait yaradılmasını təmin etməlidir. Bunun üçün vahid informasiya bazası və yeni mexanizmin fəaliyyəti təmin ediləcək.