RƏSMİ

25 Fevral

Prezidentdən dövlət satınalmaları barədə – FƏRMAN

Azərbaycanda dövlət satınalmaları tenderlərinə qoşulmaqla bağlı tələblər sərtləşdirilir.

Fins.az xəbər verir ki, bu prezident İlham Əliyevin fərmanı ilə «Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə»yə dəyişiklikdə nəzərdə tuulur.

Dəyişikliyə əsasən, «Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə»»nin 3.3.13-cü yarımbəndinə “öhdəliklərin” sözündən sonra “, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud” sözləri əlavə edilib.

Başqa sözlə, tenderə qatılmaq istəyən iş adamlarının vergi borclarının olmaması ilə yanaşıı, son bir ildə Vergi ilə bağlı probleminin olub olmaması da nəzərə alınacaq.