Nazirlər Kabineti “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nda dəyişiklik edib.
Fins.az-ın məlumatına görə, yardım mərkəzləri məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumlarıdır.
Dəyişikliyə əsasən, yardım mərkəzlərinin fəaliyyət istiqamətləri sırasına zərər çəkmiş şəxslər üçün psixoloji korreksiya kursu təşkil etmək də daxil edilib.